13 
Apr
2019
17:04
16
201
2970
Virtual karabakh

Hacıqabulda qəza: yaralılar var

13 Apr, 2019
17:04
2970

Hacıqabulda qəza: yaralılar var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı-Qazax avtomagistralının Hacıqabul rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə üç nəfər xəsarət alıb.

Oxu.Az-ın Aran bürosunun məlumatına görə, hadisə gecə saat 01:50 radələrində rayonun Pirsaat kəndi ərazisində qeydə alınıb.

Qəza zamanı “Mercedes” markalı avtomobil “Opel” markalı digər avtomobilə çırpılıb.

Nəticədə, üç nəfər ağır xəsarət alaraq Şirvan şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Onların vəziyyətinin ağır olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri