15 
Apr
2019
16:30
49
199
2870
Virtual karabakh

İnternat məktəbində uşaqların döyüldüyü iddia edilir - Müəllim nazirliyə çağırıldı

Ötən gün “Facebook” sosial şəbəkəsində Leyla Ucal adlı kimya müəllimi Mərdəkanda yerləşən 2 saylı internat məktəbi ilə bağlı fikirlərini bölüşüb, orada təhsil alanların incidildiyini, təhqir olunduğunu, dərsliklə təmin edilmədiyini, dərs saatlarında başqa əmək fəaliyyəti ilə məşğul olduqlarını iddia edib, müəllim kollektivi, xüsusən direktor və müavinləri ilə bağlı düşüncələrini paylaşıb.

Müəllim 2017-ci ildə sözügedən müəssisədə 2 həftə dərs dediyini və bu müddət ərzində uşaqların döyüldüyünü, dərs vəsaitlərinin olmadığını, ərzaq məhsullarının direktor tərəfindən satışa çıxarıldığını qeyd edib. 

Təhsil Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, ötən gün Leyla Ucalın şəxsi “Facebook” səhifəsində 2 nömrəli ümumi orta internat məktəbi ilə bağlı səsləndirdiyi fikirlərə  aydınlıq gətirmək məqsədilə o, nazirliyə dəvət olunub:

“Həmin xanım Təhsil Nazirliyinə dəvət edilib. Qeyd olunan məsələnin təfərrüatı bu gün onun iştirakı ilə müzakirə ediləcək. 

Məlumat üçün bildirək ki, son bir neçə il ərzində internat məktəblərində olan şəraitlə bağlı müxtəlif media qurumlarının iştirakı ilə dəfərlərlə tanışlıq səfərləri təşkil edilib və Nazirlik bu kimi məsələlərdə ictimai nəzarət funksiyasına həmişə xüsusi önəm verib”.

Təhsil Nazirliyi tərəfindən məsələ ilə bağlı araşdırma aparılır. Araşdırmanın nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri