16 
Apr
2019
10:48
201
19
2390
Virtual karabakh

Azərbaycana 15 kiloqram tiryək gətirən şəxs saxlanıldı - VİDEO

16 Apr, 2019
10:48
2390

Azərbaycana 15 kiloqram tiryək gətirən şəxs saxlanıldı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxs ifşa edilib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Biləsuvar rayonu ərazisində keçirilən əməliyyat zamanı qeyd edilən cinayəti törətməkdə təqsirli bilinən əvvəllər məhkum olunmuş Salyan rayon sakini Niyaməddin Sadıqov saxlanılıb. Onun əlində olan torbanın içindəki beş ədəd bağlamaya baxış keçirilən zaman ümumi çəkisi 14 kiloqram 685 qram olan narkotik vasitə tiryək aşkar olunaraq götürülüb.

Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs narkotik vasitəni şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşından Biləsuvar rayonu ərazisində əldə edib. N.Sadıqov ifadəsində tiryəki satmaq niyyəti ilə həmin şəxsdən aldığını bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, həbs-qətimkan tədbiri seçilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri