17 
Apr
2019
16:52
208
24
2853
Virtual karabakh

Hamamda narkotik gizlədən salyanlı həbs edildi - FOTO/VİDEO

17 Apr, 2019
16:52
2853

Hamamda narkotik gizlədən salyanlı həbs edildi - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Salyan sakinindən külli miqdarda narkotik vasitə tapılıb.

Oxu.Az-ın Aran bürosunun məlumatına görə, rayonun Çadırlı kənd sakini, əvvəllər məhkum olunmuş 1966-cı il təvəllüdlü Həmzəyev Tahir Barı oğlunun yaşadığı evin həyətindən səkkiz ədəd çətənə bitkisi aşkar edilib.

Əməliyyat tədbirlərinin davamı olaraq T.Həmzəyevin yaşadığı evin həyətində yerləşən hamamdan 54 ədəd kibrit qutusunda, 84 ədəd siqaret kağızı bükümündə, beş ədəd balonda və bir ədəd sellofan paketdə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

İlkin istintaq zamanı T.Həmzəyev törətdiyi cinayəti etiraf edib.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri