20 
Apr
2019
15:08
330
213
17014
Virtual karabakh

Azərbaycana qar yağır - YENİLƏNİB + FOTO/VİDEO

20 Apr, 2019
15:08
17014

Azərbaycana qar yağır - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, Azərbaycanın şimal rayonlarına qar yağıb. Hava şəraitinin kəskin dəyişməsilə əlaqədar dağlıq ərazilərdə temperatur mənfi 8 dərəcəyədək aşağı düşüb.

Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən Oxu.Az-a bildirilib ki,  ən aşağı temperatur Quba rayonunun Qırız və Xınalıq kəndində qeydə alınıb.

Ən çox yağıntı da Qubanın Qırız kəndinə düşüb. Hazırda bu kənddə 6 santimetr qalınlığında qar var. Xınalıq kəndinə 4, Xaltana 3, Qubanın rayon mərkəzinə isə 1 santimetr qalınlıqda qar yağıb.

Xızının Altıağac qəsəbəsində isə qarın qalınlığı 4 santimetrdir.

11:03

Ötən gecə Naxçıvan Muxtar Respublikasında qarlı hava şəraiti müşahidə edilib.

Oxu.Az xəbər verir ki, gecədən başlayan qarlı hava şəraiti hələ də davam edir.

Lerik rayonuna da güclü qar yağıb. Qarın hündürlüyü dağlıq ərazidə 10-15 sm-ə, digər ərazilərdə isə 3-4 sm-ə bərabər olub.

09:26

Ötən gecədən başlayaraq Azərbaycanın şimal bölgəsinə qar yağır. 

Oxu.Az-ın məlumatına görə, Qubanın bir neçə dağ kəndi artıq ağ örpəyə bürünüb.

Qar meyvə ağaclarına zərər vurub.

Məlumata görə, hazırda sözügedən bölgələrdə qar yağıntısı davam edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün, aprelin 20-də rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. 

Bəzi yerlərdə yağıntının leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri