21 
Apr
2019
22:42
13
493
6067
Virtual karabakh

İtdən qaçan yeniyetməni maşın vurdu

21 Apr, 2019
22:42
6067

İtdən qaçan yeniyetməni maşın vurdu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şirvanda 15 yaşlı oğlanı avtomobil vurub. 

Oxu.Az-ın Aran bürosunun məlumatına görə, hadisə saat 20.00 radələrində Heydər Əliyev prospektində baş verib. 

Şirvan sakini, 2004-cü il təvəllüdlü Bayramov İslam Vahid oğlu it hücumuna məruz qalıb. Avtomobil yoluna qaçan yeniyetməni “Pajero” markalı minik maşını vurub.

Xəsarət alan yeniyetmə sürücü tərəfindən Şirvan şəhər mərkəzi xəstəxanasına çatdırılıb. Onun yüngül xəsarət aldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri