22 
Apr
2019
10:46
17
283
4738
Virtual karabakh

Üzünü it parçalayan uşağın vəziyyəti necədir? - Nazirlikdən açıqlama

22 Apr, 2019
10:46
4738

Üzünü it parçalayan uşağın vəziyyəti necədir? - Nazirlikdən açıqlama

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən gün Bakıda - Sulutəpə ərazisində itin hücumuna məruz qalan azyaşlının vəziyyəti yaxşıdır.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilən uşağın səhhəti qənaətbəxşdir.

“Uşağa vaksinlər vurulub. Hazırda normal palatada müalicəsi davam edir”.

Xatırladaq ki, hadisə Binəqədi rayonu Sulutəpə qəsəbəsində baş verib. Ərazidəki it 2015-ci il təvəllüdlü Məmişov Hüseyn Qismət oğluna hücum edərək yanağını parçalayıb. Həkimlər onun yanağının parçalanmış hissəsini tikərək bərpa edib.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri