22 
Apr
2019
23:27
20
372
11001
Virtual karabakh

Bərdədə ilanlar evə hücum çəkib - FOTO

22 Apr, 2019
23:27
11001

Bərdədə ilanlar evə hücum çəkib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bərdə rayonunun Zümürxan kəndində, məcburi köçkünlərin məskunlaşdığı Kərpic zavod adlanan ərazidə  yerləşən evlərin birinə ilanlar hücum çəkib.

Ev sahibi Rəbiyyə Abdullayevanın Oxu.Az-ın bölgə müxbirinə söylədiyinə görə, müxtəlif ölçülərdə ilanlar əsasən gündüz saatlarında evin yataq otağında görünür. R.Abdullayeva bildirib ki, son günlər evin həyətində bir neçə ilan öldürsələr də,  evdə yenə ilanlar var.

Ev sahibinin sözlərinə görə, ötən il həyətdə 120-dən çox ilan öldürüb. Zəhərli sürünənlərin ən çox  uşaqlara təhlükə yaratdığı üçün ev sahibi çox qorxur.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri