23 
Apr
2019
16:09
65
485
3759
Virtual karabakh

“Real” TV-yə xəbər kanalı lisenziyası verildi

23 Apr, 2019
16:09
3759

“Real” TV-yə xəbər kanalı lisenziyası verildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti (Real TV) ümumrespublika xəbər kanalının açılması ilə bağlı lisenziya verilib. 

Bununla bağlı məlumatı Oxu.Az-a Milli Tеlеviziya və Radiо Şurasının Hüquq və beynəlxalq əlaqələr şöbəsinin müdiri Nemət Cavadov verib. 

“Martın 11-dən aprelin 11-dək MTRŞ tərəfindən elan edilmiş müsabiqədə tələb olunan sənədləri “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti (“Real” TV), “TV Media Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyəti və “RTV” Məhdud Məsuliyyətli Cəmiyyəti təqdim edib.

Bu gün Şuranın iclasında bu məsələyə baxılıb və “Real” TV-yə yerüstü yayım üçün müddətsiz ümumrespublika xəbər kanalı lisenziyası verilməsi barəsində qərar qəbul edilib”. 

Samir İsayev

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri