24 
Apr
2019
09:17
11
223
3534
Virtual karabakh

İşıqfor işləmədi, iki maşın toqquşdu: altı yaralı - VİDEO

24 Apr, 2019
09:17
3534

İşıqfor işləmədi, iki maşın toqquşdu: altı yaralı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Nizami rayonu, Babək prospekti 94 ünvanında altı nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, hadisə zamanı “Lada Priora” və “Mercedes” markalı avtomobillər toqquşub.

Yaralılar dərhal 1 və 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Qəza nəticəsində “Lada”nın sürücüsü, 1986-cı il təvəllüdlü Nəsibov Kamran Cavad oğlu və sərnişinlər - 1979-cu il təvəllüdlü Anatorseva Yuliya və 1996-cı il təvəllüdlü Filfilovna Valentine Vitalyevna yaralanıb.

Qəzada iştirak edən “Mercedes” markalı avtomobilin sürücüsü - 1990-cı il təvəllüdlü Səfərov Əziz Habil oğlu və sərnişinlər - 1991-ci il təvəllüdlü Əliyev Əkbər Kitabulla oğlu və Elmar adlı şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

İlkin məlumata görə, hadisəyə ərazidə yeni quraşdırılan işıqforların işləməməsi və yüksək sürət səbəb olub.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Kamil Əmirli
Elşad Mətləboğlu

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri