24 
Apr
2019
12:42
179
57
15178
Virtual karabakh

Bu, Kardaşyanın qanacağı, bu da Xoşqədəmin

24 Apr, 2019
12:42
15178

Bu, Kardaşyanın qanacağı, bu da Xoşqədəmin

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qan Turalı yazır...

Əfsanəvi Marlen Ditrix görkəmli rus yazıçısı Konstantin Paustovskinin “Teleqram” hekayəsini çox sevirmiş. SSRİ-yə səfər edəndə Paustovskini görmək istədiyini deyən Marlen Ditrixin arzusunu yerinə yetirirlər. Yazıçı konsertə gəlir, Ditrix Paustovskini səhnəyə dəvət edir. Səhnədə onun qarşısında diz çökür, əllərini öpür və ağlayır. 

Vəfa Zeynalova: “Tarkovski kimdir ki?” 

Amerikalı alimlər donuzların beynini ölümlərindən bir neçə saat sonra qismən canlandırdı. Kəşfin bir çox xəstəliklərin təbiətinin öyrənilməsi üçün mühüm əhəmiyyət kəsb edəcəyi açıqlandı. 

“Bir klinika var, insanın hüceyrələrini gəncləşdirirlər. Vitaminlər əlavə edilir, ölmüş hüceyrələr dirilir. Həmin yer İsveçrədədir. Qiyməti 60 min avro, yəni 120 min manatdır. 50 yaşlı insanı 30 yaşlı biri edirlər”, - dedi Eynşteyni tanımayan Nadir Qafarzadə... 

Yanan Notr-Dam kilsəsinin tikintisi üçün bir gündə bir milyard avrodan çox pul toplandı. Fransa prezidenti kilsənin əvvəlkindən də gözəl olacağını bildirdi. 

Cabbar Musayev qardaşı Musa Musayev haqqında belə dedi: “Onun Təranə Qumraldan ayrılmağa cürəti çatmaz. 20 ildən yuxarıdır ki, biz onu dindirmirik. Nə anam, nə əmim, nə də qardaşım onunla danışır. Heç Fransada da belə şey olmayıb ki, kimsə çöldə qalan bir qadını gətirib evinə çıxarsın”. 

Sudan inqilabının kraliçası Ala Salah “Euronews”ə bunları dedi:

“Tarix boyu qadınlar kişilərlə birlikdə cəmiyyətləri dəyişdirib. Amma indi qadın arxa plana atılır, cəmiyyətin beynində belə qəliblər formalaşıb”. 

Müğənni Samirə Əfəndi isə belə danışır: “Mənim yanımda baxımlı, yaraşıqlı bəy olmalıdır. İndiki zaman üçün yaxşı imkanı olmalıdır. Avtomobil, ev, təbii ki, öz yerində”.

Alimlər dünyadakı ilk molekula aid sübutlar tapdı. Üç min işıq ili uzaqda olan planetvari buludlarda helium hidrür qalıqlarını müşahidə edən alimlər Böyük Partlayışdan yüz min il sonra helium və hidrogen atomlarının birləşərək helium hidrür yaratdığına əmindirlər. 

Elza Seyidcahan açıqladı: “Pişiyim Ceylaya elçi gəlib”.

Ermənistana gələn Kim Kardaşyan burada öz büdcəsi ilə qondarma “soyqırımı” barədə sənədli film çəkəcəyini açıqladı.

Xoşqədəm Baxşəliyeva aparıcısı olduğu verilişdə məşhurlara səsləndi: “Ailə dağıdan məşhurları ifşa edəcəm. Mən bu mövzudan əl çəkməyəcəyəm. Mənim üçün fərq etməz ailə dağıdan müğənnidir, aparıcıdır və ya başqa birisidir”. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri