25 
Apr
2019
15:31
181
25
3591
Virtual karabakh

Ömrünün 35 ilini arıçılığa həsr edən Təbib - VİDEO

25 Apr, 2019
15:31
3591

Ömrünün 35 ilini arıçılığa həsr edən Təbib - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ömrünün 35 ildən çoxunu arıçılığa həsr edən, Bərdə rayonunda müvəqqəti məskunlaşan məcburi köçkün Kamil Təbib yaz mövsümünün gəlişi ilə əlaqədar arıçıların qayğılarının artdığını deyir.

Oxu.Az xəbər verir ki, 58 yaşlı arıçının sözlərinə görə, arıçılıq maraqlı peşə olmaqla yanaşı, insandan səbir, zəhmət və incəlik tələb edir. 

Hazırda arıların artım vaxtıdır. Zəif analar cavan, güclü arı ilə əvəzlənməlidir. Bu dövrdə pətəkdə sürfələr əmələ gəlir, ailə keyfiyyətcə yenilənir. 

Təcrübəli arıçı deyir ki, xalis bal çəkiləndən 60 gün sonra xarlamalıdır. Balın tez və ya gec xarlaması onun toplandığı bitkilərdən asılıdır. Belə ki, pambıq balı tez - 15 günə, cökə və ağ akasiya balı isə gec xarlayır.

Ümumiyyətlə, yaz balı gec xarlamalıdır. Yaz balını arı may ayında yığır. May balı isə iyunda süzülür. Kim may ayında bal süzürsə, o, səhv edir. Çünki balın tam özünə gəlməsi üçün müəyyən vaxt lazımdır. Keyfiyyətinə görə yaz balı əvəzsizdir. Çünki çiçəkdən çəkilən nektardır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri