26 
Apr
2019
17:46
45
340
3602
Virtual karabakh

“Həzi Aslanov” stansiyasına su damır - FOTO

26 Apr, 2019
17:46
3602

“Həzi Aslanov” stansiyasına su damır - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Metronun “Həzi Aslanov” stansiyasına su damır.

Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə jurnalist Könül Aypara paylaşım edib. 

Fotolardan bəlli olur ki, metronun “Həzi Aslanov” stansiyasının çıxışında su damır və sərnişinlərin giriş-çıxışına çətinlik yaradır.

Saytımıza açıqlama verən “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov hadisə ilə bağlı “Azərsu” ASC-yə məlumat verildiyini bildirib:

“Faktla bağlı dərhal qəza xidmətinə məlumat vermişik. Əraziyə baxış keçirilib. Suyun metronun üstündən keçən su borusundan axdığı ehtimal edilir. Məsələ ilə bağlı sərnişinlərin hərəkətində heç bir problem yaşanmayıb”.

“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı yaranmış problemin artıq aradan qaldırıldığını deyib:

“Metrodan bizə məlumat daxil olan kimi Xətai su-kanal qəza briqadası əraziyə cəlb olunub. Oradan keçən magistral xətdə sızma olduğu aşkarlanıb. Əməkdaşlarımız sızmanın qarşısını alıb. Hazırda həmin xətt üzrə suyun verilişi də bərpa edilib”.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri