29 
Apr
2019
10:49
89
13
2193
Virtual karabakh

Bakıda birinci sinfə qəbul üçün müraciətin sayı açıqlandı

29 Apr, 2019
10:49
2193

Bakıda birinci sinfə qəbul üçün müraciətin sayı açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aprelin 29-na olan məlumata əsasən, paytaxt məktəblərinin I sinfinə elektron qeydiyyat (mektebeqebul.edu.az) üzrə 38 443 sorğu yerləşdirilib.

Oxu.Az-ın məlumatına görə, onlardan 35 145-i ümumi təhsil məktəblərini, 3 298-i isə lisey və gimnaziyaları seçib.

Bu göstərici paytaxtdakı dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu proqnozunun təxminən 80 faizinə yaxındır.

2018-2019-cu tədris ilində məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların I sinfə qəbulu sistemdə avtomatik elektron sorğu yaradılmaqla həyata keçirilib.

2019-2020-ci tədris ili üzrə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün I sinfə qeydiyyat da elektron formada aparılır.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri