30 
Apr
2019
11:30
412
13
2389
Virtual karabakh

Üzünü it parçalayan Hüseyn evə buraxıldı

30 Apr, 2019
11:30
2389

Üzünü it parçalayan Hüseyn evə buraxıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aprelin 16-da Sulutəpədə üzünü it parçalayan 2015-ci il təvəllüdlü Hüseyn Məmişov artıq evə buraxılıb. 

Bu barədə Oxu.Az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

“Uşağın vəziyyəti yaxşıdır və artıq evə buraxılıb. Təyin olunan vaxtlarda o, xəstəxanaya gələcək və peyvənd vurulacaq”, - deyə nazirlikdən qeyd edilib. 

Qeyd edək ki, azyaşlı qonşunun uşağı ilə oynayan zaman sahibsiz it qəfil uşağa hücum edib və onun üzünü parçalayıb. O, 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. 

İt quduz olduğu üçün uşağın üzünü parçalaladıqdan üç gün sonra ölüb.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri