30 
Apr
2019
18:30
180
25
3056
Virtual karabakh

Lənkəranlı usta “həyat ağacı”ndan əşyalar hazırlayır - VİDEO

Lənkəran sakini 60 yaşlı Eynulla Cəlalov bambukdan məişət əşyaları hazırlayır. Usta düz 10 ildir ki, bu sənətlə məşğuldur.

Çinlilərin “həyat ağacı” adlandırdığı bambuk Lənkərana ötən əsrin əvvəllərində gətirilib.

Rütubətə, günəşə tələbkar olan bu bitki yağıntılı iqlimə malik cənub bölgəsinə tez uyğunlaşıb. Bambukun toxumu əkildikdən və ona beş il müddətində qulluq göstərildikdən sonra cücərməyə başlayır, altı həftə ərzində isə hündürlüyü 27 metrə çatır.

Eynulla Cəlalovun həyətyanı torpaq sahəsində yetişdirdiyi 1000-dən çox bambuk ağacı onun üçün əl işləri hazırlamaqdan ötrü əvəzsiz xammaldır. Usta boş vaxtlarında bambukdan daha çox stol, stul, kreslo, kitab rəfi kimi əşyalar hazırlayır. Bunlardan bir neçə günə ərsəyə gələni də, bir neçə aya bitəni də var.

Eynulla ustanın dediyinə görə, onun əl işlərinə tələbat çoxdur. Bambukdan düzəltdiyi əşyaları dəfələrlə rayonda keçirilən sənətkarlıq sərgilərində nümayiş etdirilib. O, bu işlərə görə fəxri fərmanlara, “Ustad sənətkar” diplomuna layiq görülüb.

Baku TV-nin mövzu ilə bağlı hazırladığı reportajı təqdim edirik:

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri