May
2019
10:23
7
161
2321
Virtual karabakh

Bakıda iki avtomobil toqquşdu: yaralı var - VİDEO

1 May, 2019
10:23
2321

Bakıda iki avtomobil toqquşdu: yaralı var - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gecə saatlarında Bakının Nəsimi rayonunda 2 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Qəza Nizami və Zorge küçələrinin kəsişməsində qeydə alınıb. Zorge küçəsi ilə hərəkətdə olan “Mercedes” markalı maşının sürücüsü Nağdəliyev Elçin Bayram oğlu yol nişanının tələbini pozaraq Nizami küçəsilə hərəkət edən “Kia” markalı minik avtomobilin yoluna çıxıb, hər iki maşın toqquşub.

Qəza zamanı “Kia” markalı avtomobilin sürücüsü Şamilov Sadiq Elxan oğlu yüngül xəsarət alıb, avtomobillər isə deformasiyaya uğrayıb.

Faktla bağlı araşdırma aparılır.

Kamil Əmirli
Elşad Mətləboğlu

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri