May
2019
09:44
9
201
6086
Virtual karabakh

İki “VAZ” toqquşdu: sərnişin ön şüşədən yola düşdü - VİDEO

1 May, 2019
09:44
6086

İki “VAZ” toqquşdu: sərnişin ön şüşədən yola düşdü - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda baş verən dəhşətli yol qəzasının görüntüləri yayılıb. 

Video sosial şəbəkədə paylaşılıb. Görüntülərdən məlum olur ki, qəza zamanı “VAZ-2106” və “VAZ-21011” markalı avtomobillər toqquşub. 

Qəzanın dəqiq harada və nə zaman baş verdiyi, eləcə də ölən və xəsarət alanlarla bağlı məlumat verilmir. Hadisə zamanı “VAZ-21011” əsas yola daxil olarkən hərəkətdə olan “VAZ-2106”ya yol verməyib və nəticədə avtomobillər toqquşub. 

Zərbənin təsirindən “VAZ-2106”da olan sərnişin avtomobilin ön şüşəsindən yola düşüb. 

Xatırladaq ki, bir neçə gün əvvəl Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayonunun Yeni Qızılca kəndi ərazisindən keçən hissəsində “VAZ-2106” və “VAZ-2107” markalı avtomobillər toqquşub. Səkkiz nəfər ölüb. Onlar iki ailənin üzvləri olub.

Samir İsayev

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri