May
2019
17:10
46
143
3465
Virtual karabakh

“CinemaPlus”da Azərbaycan dilində fransız komediyası - FOTO/VİDEO

2 May, 2019
17:10
3465

“CinemaPlus”da Azərbaycan dilində fransız komediyası - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Gənclik Mall” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında “Cinemazadeh” studiyasının 2019-cu ildə olunmuş peşəkar dublyajı ilə Fransa istehsalı olan “Qanunun zərif əli” komediyasının öz dilimizdə nümayişi keçirilib.

Film Beynəlxalq Kann kinofestivalında “Rejissorların ikihəftəliyi” proqramında nümayiş olunub, orada “Dram müəllifləri və bəstəkarları cəmiyyətinin mükafatı”na layiq görülüb. Film həmçinin doqquz kateqoriya üzrə “Sezar” mükafatına nominasiya olunub.

Filmi səsləndiriblər: Əlixan Rəcəbov, Ofeliya Novruzqızı, Emin Nəsirli, Azadə Abbasova, Allahverdi Yolçiyev, Vüsal Həci-Qədir, Rəhim Rəhimov, Aysun Ələskərova, Samir Ələskərov, Vüqar Hüseynov, Aytac Məmmədova və Nərmin Həlibova.

Dublyajın rejissoru Samir Ələskərov, redaktoru Vüqar Hüseynov, ingilis dilindən tərcümə Şəhla Əliqızı, səs rejissoru Orxan Ağalarov, səs operatoru Ağaməlik Abbaszadə, post-prodakşn Rüfət Kərimzadə, icraçı prodüsseri Əli-Səttar Quliyev, baş prodüsseri isə Cəfər Axundzadədir.

Filmin rejissoru: Pyer Salvadori.

Baş rollarda: Adel Enel, Pio Marmay və Odri Totu.

Film haqqında qısa məlumat: İvonn cavan polis müfəttişinə qəfil məlum olur ki, onun vəfat etmiş əri heç də ləyaqətli qanun keşikçisi olmayıb: onun günahı ucbatından Antuan adlı gənc səkkiz ilini türmədə keçirir. İndi İvonn, Antuanı normal həyata qaytarmaq üçün hər cür köməyə etməyə çalışır.

Tədbirin təşkilində dəstək olublar: “Cinemazadeh” dublyaj studiyası, “Cinema Distribution” və “Şeh Su”.

“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və sizi kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri