May
2019
10:27
25
217
3386
Virtual karabakh

Maşınlar avtobus dayanacaqlarını zəbt edib, sərnişinlər təhlükədə - VİDEO

Yasamal rayonunun Şərifzadə küçəsində yerləşən avtobus dayanacaqları minik avtomobilləri tərəfindən qeyri-qanuni parkinq kimi istifadə olunur. Marşrut avtobusunun sürücüləri isə məcbur olaraq, yolun mərkəzi hissəsində dayanmalı olurlar. Bu hal da günün müxtəlif saatlarında böyük sıxlığa gətirib çıxarır, üstəlik yolun ortasında marşrutdan enən sərnişinlərin həyatı təhlükə altına düşür.

Bənzər vəziyyət həmin ərzində yerləşən 3 saylı ASAN Xidmətin qarşısındakı dayanacaqlarda da yaşanır. 

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məsələ ilə bağlı bildirib ki, həmin ərazidəki avtobus dayanacaqları artıq bir neçə dəfə böyüdülüb. Yaxın müddətdə Şərifzadə küçəsi və ona yaxın ərazilərdə də kameralar quraşdırılacaq və mövcud vəziyyət aradan qaldırılacaq.

Sail Ağasəlim, Valeh Arifoğlu

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri