May
2019
10:34
39
591
16344
Virtual karabakh

Dəhşətli partlayışda valideynləri ölən uşaqlar nənələrinə veriləcək - YENİLƏNİB

8 May, 2019
10:34
16344

Dəhşətli partlayışda valideynləri ölən uşaqlar nənələrinə veriləcək - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kürdəmirdə yaşayış evindəki partlayışdan sonra ata-anasını itirən körpələr Azərbaycan Uşaqlar Birliyinin sığınacağına yerləşdirilib.

Bu barədə Oxu.Az-a açıqlamasında birliyin sədri Kəmalə Ağazadə məlumat verib. 

Bildirib ki, körpələr nənə və əmilərinin müşayiəti ilə sığınacağa aparılıb.

“Qohumları ilə birlikdə dörd yaşlı Günay Əsədova və iki yaşlı Bünyəd Əsədovu sığınacağa gətirmişik. Bu, müvəqqətidir. Çünki ailə başçısı Anar Əsədov və Qəndab Hüseynova dünyasını dəyişib. Yaxınları hazırda yasdadırlar. Digər uşaq - səkkiz yaşlı İlahə Əsədovanın isə müalicəsi davam edir. Rayonun İcra Hakimiyyəti ilə danışmışıq, nənəyə qəyyumluq veriləcək”.

Kəmalə Ağazadə qeyd edib ki, sosial şəbəkələrdə yaxınlarının uşaqlarından imtina etməsi ilə bağlı yayılan xəbərlər düzgün deyil:

“Heç kim onlardan imtina etmir. Sadəcə, bir müddət sığınacaqda qalacaqlar”.

7 may, 22:06

Xəbər verdiyimiz kimi, aprelin 21-də Kürdəmirdə yaşayış evində partlayış baş verib.

Qafqazinfo xəbər verir ki, hadisədən bir gün sonra ailə başçısı 31 yaşlı Anar Əsədov, dünən isə xanımı  34 yaşlı Qəndab Hüseynova dünyasını dəyişib. 

Yüngül xəsarət alan azyaşlı uşaqlar ( 4 yaşlı Günay Əsədova və 2 yaşlı Bünyəd Əsədov) körpələr evinə verilib, 8 yaşlı İlahə Əsədovanın isə müalicəsi davam edir. 

Partlayışın qaz sızması nəticəsində baş verdiyi ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri