14 
May
2019
14:06
23
160
3237
Virtual karabakh

Xaçmaza yağan dolu yaşayış evlərinə ziyan vurub - FOTO\VİDEO

14 May, 2019
14:06
3237

Xaçmaza yağan dolu yaşayış evlərinə ziyan vurub - FOTO\VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən gün Xaçmaz rayonuna düşən dolu yaşayış evləri və əkin sahələrinə ziyan vurub.

Oxu.Az-ın şimal bölgəsi üzrə müxbirinin verdiyi məlumata görə, dolunun düşdüyü taxıl, pomidor, çiyələk və kələm sahələrinin bir çoxu yararsız vəziyyətə düşüb.

Meyvə, xüsusən gilas, alça, şaftalı bağlarında məhsuldarlığa ciddi ziyan dəyib. 

Xaçmaz Dövlət Aqrar İnkişaf mərkəzindən verilən məlumata görə, hazırda zərər dəyən ərazilər müəyyənləşdirilir.

Hadisə nəticəsində bir neçə yaşayış evinin dam örtüyünə ciddi ziyan dəyib.

Tehran Orucoğlu

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri