15 
May
2019
11:13
17
82
3942
Virtual karabakh

“Greencard” fırıldaqçıları sizi aldada bilər! - Səfirlik xəbərdarlıq etdi

15 May, 2019
11:13
3942

“Greencard” fırıldaqçıları sizi aldada bilər! - Səfirlik xəbərdarlıq etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın Azərbaycandakı səfirliyi 2020-ci ilin “Greencard” Viza lotereyası proqramının ərizəçilərinə göndərilən saxta elektron poçt və məktubların sayının artması ilə bağlı ictimaiyyətə xəbərdarlıq edib. 

Bu barədə diplomatik nümayəndəlik məlumat yayıb.

Məlumatda bildirilib ki, saxta elektron poçt və məktubların müəllifləri “Greencard” proqramının ərizəçilərindən ödəniş əldə etmək üçün özlərini ABŞ hökumətinin nümayəndəsi kimi təqdim edirlər:

“Bundan əlavə, yerli viza təşkilatları, “Greencard” lotereyasına daxil etmək məqsədi ilə sizə şəxsi məlumatları vermək üçün müraciət edə bilər.

Bu təşkilatlar yalnız öz maraqlarını güdür. ABŞ səfirliyi heç bir yerli “Greencard” təşkilatı ilə çalışmır və ya dəstək göstərmir. Yalnız rəsmi Dövlət Departamentinin saytı vasitəsilə heç kimə ödəniş ödəmədən ərizəni yoxlaya bilərsiniz: http://www.dvlottery.state.gov”.

Nəzrin Həsənova

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri