15 
May
2019
23:20
18
285
5950
Virtual karabakh

2 il əvvəl istifadəyə verilən yol yararsız hala düşdü - FOTO\VİDEO

15 May, 2019
23:20
5950

2 il əvvəl istifadəyə verilən yol yararsız hala düşdü - FOTO\VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Astarada 2 il əvvəl istifadəyə verilən və 2000 nəfər insanın istifadə etdiyi  yol yararsız vəziyyətə düşüb.

Oxu.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, 2017-ci ildə istifadəyə verilən yeni Təxtənəkəran-Miki avtomobil yolu artıq yararsız vəziyyətə düşüb. Yolun altı çınqıllı torpaq olduğundan, yağış yağandan sonra torpaq suyu özünə çəkir, zaman keçdikcə yolda çala və erroziyaların sayı artır.

Bu ildən isə yol ondan istifadə edən 2000-ə yaxın insana daha çox problemlər yaradır. Sürücülər bu yoldan gün ərzində çətinliklə keçməli olurlar. Kənd sakinlərini narahat edən digər bir məsələ yol dağılarsa, rayonla əlaqənin kəsilməsidir. Belə ki, kəndlə rayon mərkəzi arasında təxminən 40 km məsafə var.

 Məsələ ilə bağlı Astara Rayon Siyəkü Kənd Bələdiyyəsindən bildirildi ki, artıq rəsmi qaydada əlaqədar qurumlara məlumat verilib və müvafiq tədbirlər görüləcək.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri