16 
May
2019
13:21
275
38
5966
Virtual karabakh

Ələtdə narkotacirlər tutuldu - VİDEO

16 May, 2019
13:21
5966

Ələtdə narkotacirlər tutuldu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qaradağ Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi və 11-ci Polis Bölməsi əməkdaşları Ələt qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı kompleks əməliyyat tədbiri keçirib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, qəsəbə sakinləri əvvəllər məhkum olunmuş Yaşar Musayev, Afət Səmədov, İlqar İmanov, həmçinin, Zaur Əhmədov və Şahin Rüstəmli tutularaq istintaqa təqdim ediliblər.

Onların hər birinin üzərindən şəxsi istehlak miqdarından artıq çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülüb.

Narkotik maddələrin mənbəyinin müəyyən edilməsi məqsədi ilə araşdırmalar davam etdirilir. Adları çəkilən hər bir şəxs barəsində Qaradağ RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanılıb. Onlar barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri