16 
May
2019
21:50
24
145
10828
Virtual karabakh

Bu canlılar öldürə bilər - FOTO/VİDEO

Ötən il Azərbaycanda 80 nəfər ilansancma, 24 nəfər hörümçəyin bir növü olan qaraqurd, 31 nəfər sarı əqrəb sancması şikayəti ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya Mərkəzinə yerləşdirilib. Hər il ölkə üzrə onlarla ilansancma faktı qeydə alınır. Havaların isinməsi də bu növ canlılar üçün əlverişli mühit yaradıb. Bu il də qeydə alınan ilansancma faktları az deyil.

Azərbaycan ərazisinin 60 faizindən çoxunda ilanlara rast gəlmək mümkündür. Bu canlılar, adətən, kolların dibində, siçan və siçovulların yuvalarının içində, tərəvəz tağlarında, torpaqlardakı çatlarda, taxta materiallarının altında, evlərin damlarında gizlənirlər.

Oxu.Az-ın şimal bölgəsi üzrə müxbirinin verdiyi xəbərə görə, yaxın bir ay ərzində Şabran Mərkəzi Rayon Xəstəxanasına iki nəfər ilansancma diaqnozu ilə gətirilib.

Yardım göstərilən şəxslərin vəziyyəti hazırda yaxşıdır. Xəstəxanadan bildirilib ki, tibb müəssisəsi ilan əleyhinə zərdablarla tam təchiz edilsə də, kəndlərdəki tibb məntəqələrinə belə zərdablar verilmir. İlan əleyhinə zərdab yalnız xəstəxanalarda vurulur.

Şabran MRX-nın reanimasiya şöbəsinin müdiri həkim İmamqulu İbrahimov Oxu.Az-a açıqlamasında bildirir ki, ilansancma zamanı ilkin tibbi yardım göstərilməsi də tövsiyə edilmir. Çünki səhv aparılan yardım xəstənin ölümünə səbəb ola bilər. Bu səbəbdən belə hallar baş verdikdə təcili tibb müəssisələrinə müraciət edilməlidir.

Həkimlər ilanlarla yanaşı, həşərat sancması faktlarının da kifayət qədər çox olduğunu deyirlər. Həşarat sancması zamanı halsızlıq olduğu zaman mütləq tibb müəssisələrinə müraciət olunmalıdır.

Tehran Orucoğlu

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri