17 
May
2019
16:02
57
454
9054
Virtual karabakh

Bakıda DYP maşını yol hərəkəti qaydalarını kobud şəkildə pozdu - VİDEO

17 May, 2019
16:02
9054

Bakıda DYP maşını yol hərəkəti qaydalarını kobud şəkildə pozdu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda qaydaları kobud şəkildə pozan yol patrul xidmətinə məxsus “BMW” markalı avtomobil kameraya düşüb. 

Görüntülər sosial şəbəkədə yayımlanıb. 

Videodan göründüyü kimi, 99-YP-394 dövlət nömrə nişanlı, “BMW” markalı avtomobil Badamdar şosesində hərəkətdə olarkən bir neçə yol hərəkəti qaydasını pozub. 

Belə ki, Badamdar şosesinin Mətbuat prospekti ilə kəsişməsində yerləşən dairədə nişanın tələblərinə məhəl qoymayan yol polisi maşını daha sonra qoşa xəttin tələblərini kobud şəkildə pozaraq, qarşı yola çıxıb. 

Bundan başqa, manevrlər edən zaman yol polisi avtomobilinin dönmə işıqlarından və sayrışan işıqlardan istifadə etməməsi də diqqət çəkib. 

Samir İsayev

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri