21 
May
2019
10:32
137
22
2624
Virtual karabakh

Motosiklet oğurlayan şəxs saxlanıldı - FOTO

21 May, 2019
10:32
2624

Motosiklet oğurlayan şəxs saxlanıldı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mayın 19-da gecə saatlarında yaşayış evinin həyətindən “Muravey-2M-01” markalı motosiklet oğurlanıb.

Bu barədə DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Məlumata görə, Astara rayonunun Şahağacı kənd sakini O.Rəhimov Rayon Polis Şöbəsinə müraciət edib.

Astara RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq faktını törətmiş şəxs müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun Lənkəran şəhər sakini Vaqif Babayev olduğu müəyyənləşdirilib və oğurladığı “Muravey-2M-01” markalı motosiklet aşkar edilərək götürülüb. 

Faktla bağlı araşdırma aparılır.

Rövşən Əzimov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri