21 
May
2019
18:43
110
61
2915
Virtual karabakh

Dərman və mobil telefonları ölkəyə gizli keçirmək istədi

21 May, 2019
18:43
2915

Dərman və mobil telefonları ölkəyə gizli keçirmək istədi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Opel Vectra” markalı nəqliyyat vasitəsi saxlanılıb və sürücüsü şifahi sorğu-sual edilib.

Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib.

Daha sonra avtomobilə gömrük baxışı keçirilib. Nəticədə, nəqliyyat vasitəsinin mühərrik yerləşən hissəsindən sellofana bükülü çox sayda dərman preparatları və mühərrik yerləşən hissəsindəki hava filtrinin içərisindən 4 ədəd “Samsung Galaxy A20”, 1 ədəd “Samsung Galaxy A50”, 3 ədəd “Mİ A2 Lite”, 2 ədəd “Mİ9 SE” markalı mobil telefonlar aşkar edilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri