21 
May
2019
16:40
264
67
16059
Virtual karabakh

“Torqovı” bağlanmayacaq - RƏSMİ AÇIQLAMA

21 May, 2019
16:40
16059

“Torqovı” bağlanmayacaq - RƏSMİ AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Şəhər İcra Hakimiyyəti mayın 25-dən 31-nə qədər yerli sakinlərin “Torqovı” kimi tanınan Nizami küçəsinə girişinə qadağa qoyulmasına dair yayılmış xəbərlərə münasibət bildirib.

İcra Hakimiyyətinin Mətbuat Xidmətinin rəhbəri İsrafil Kərimov Oxu.Az-a açıqlamasında bildirib ki, bu barədə mətbuatda verilən məlumatlar həqiqətə uyğun deyil və hər hansı məhdudiyyət tətbiq edilməyib:

“Belə məlumatlar təxribat xarakteri daşıyır. Futbol kütlələrin baxdığı, azarkeşlik etdiyi oyundur. Onu hamı sevir və hər hansı məhdudiyyət yolverilməzdir. Əksinə, həmin gün şəhərdə bayram əhval-ruhiyyəsi hökm sürəcək, müxtəlif tədbirlər keçiriləcək”.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri