23 
May
2019
13:15
16
367
3841
Virtual karabakh

Üç yaşlı uşaq çayı keçərkən suda boğulub öldü

23 May, 2019
13:15
3841

Üç yaşlı uşaq çayı keçərkən suda boğulub öldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Quba rayonunda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

Oxu.Az-ın bölgə müxbirinin xəbərinə görə, hadisə ötən gün qeydə alınıb.

Belə ki, rayonun Cimi kəndi ərazisindən keçən Cimi çayında üç yaşlı uşaq boğularaq ölüb.

Kənd sakinlərinin bölgə müxbirinə verdiyi məlumata görə, üç yaşlı Yusif Abdullayev qohumu, həmyaşıdı Qızbikə ilə oynayarkən Cimi çayından keçmək istəyiblər. Bu vaxt hər ikisi yıxılaraq çaya düşüb. Qızbikə Abdullayeva xilas olunub, Yusif Abdullayev isə orada boğularaq ölüb. Uşağın meyitini ərazidəki sakinlər sudan çıxarıb.

Rayon Prokurorluğu əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, araşdırma aparılır.

Qeyd edək ki, Cimi çayı sözügedən kəndi iki yerə ayırır. Hadisə baş verən zaman çayda suyun səviyyəsinin az olduğu deyilir.

Tehran Orucoğlu

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri