23 
May
2019
14:43
154
49
5154
Virtual karabakh

Bakıda 162 nömrəli məktəbdə direktor vəzifəsi yeni şəxsə həvalə olundu

23 May, 2019
14:43
5154

Bakıda 162 nömrəli məktəbdə direktor vəzifəsi yeni şəxsə həvalə olundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bir müddət əvvəl direktoru işdən azad olunan 162 saylı məktəbə müvəqqəti rəhbərlik Bakı Şəhər Təhsil İdarəsinin (BŞTİ) əməkdaşına tapşırılıb.

Oxu.Az xəbər verir ki, sözügedən şəxs Yaqut Məmmədovadır.

BŞTİ-dən faktı saytımıza təsdiqləyiblər.

Qurumdan bildirilib ki, məktəbə hələlik təyinat olmasa da, direktor vəzifəsinin icrası Y.Məmmədovaya həvalə edilib.

O, bundan əvvəl Bakı şəhəri 20 nömrəli orta məktəbin direktoru olub.

Qeyd edək ki, bir müddət əvvəl səkkizinci sinif şagirdi Elina Hacıyevanın intiharından sonra 162 saylı məktəbin direktoru Sevinc Abbasova vəzifəsindən azad edilib. Onun barəsində cinayət işi başlanıb. Hazırda ev dustağıdır.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri