24 
May
2019
12:15
23
374
17085
Virtual karabakh

Bakıda dəhşətli qətl: yatan kişinin boyun damarlarını kəsdilər - YENİLƏNİB

24 May, 2019
12:15
17085

Bakıda dəhşətli qətl: yatan kişinin boyun damarlarını kəsdilər - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Binəqədi rayon prokurorluğunda 1959-cu il təvəllüdlü Şamil Xələfovun bıçaqlanaraq öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Bu barədə Bakı şəhər prokurorluğundan məlumat verilib.

Qeyd olunub ki, məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və  meyitə baxış keçirilib, müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Polis və prokurorluq əməkdaşlarından ibarət yaradılmış istintaq-əməliyyat qrupu tərəfindən cinayəti törətmiş şəxs (və ya şəxslərin) dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

10:32

Mayın 23-dən 24-nə keçən gecə  Bakının Binəqədi rayonunda müəmmalı qətl hadisəsi törədilib. Yuxuda olan kişinin boğazını kəsiblər.

Bu barədə Oxu.Az-a Binəqədi rayon hüquq-mühafizə orqanlarından məlumat verilib.

Cinayət qurbanı Müşfiq qəsəbə sakini, 59 yaşlı Xələfov Şamil Şəristan oğludur. Məlumata görə, kişiyə yeddi bıçaq zərbəsi endirilib. Xəsarətlərin çoxu deşici olub.  

Maraqlıdır ki, cinayət törədildiyi vaxt, təxminən gecə saat 02:00 radələrində Xələfovlar ailəsinin bütün üzvləri evdə olub.

Hüquq-mühafizə orqanları əsas versiyalardan biri kimi qətlin tamah məqsədilə törədildiyini ehtimal edir. Ancaq Xələfovların evindən hər hansı qiymətli əşyanın yoxa çımasına dair məlumat yoxdur. 

Fakt üzrə qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb, istintaq aparırılır.

09:16

Paytaxtın Binəqədi rayonunda ölüm hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, rayon ərazisində 59 yaşlı Şamil Xələfov boyun damarlarının kəsilməsi nəticəsində dünyasını dəyişib.

Səhiyyə Nazirliyindən saytımıza verilən açıqlamaya görə, təcili tibbi yardım briqadası hadisə yerinə çağrılanda artıq vətəndaş ölübmüş:

“Hadisə yerinə çağırılan təcili yardım briqadasının həkimlərinə ölüm faktını təsdiqləməkdən başqa bir şey qalmayıb”.

Ağır cinayət hadisəsinin kim tərəfindən törədildiyi məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb. 

Ramella İbrahimxəlilova

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri