27 
May
2019
11:32
13
137
2519
Virtual karabakh

Göyçayda güclü burulğan: ağac aşdı, yol bağlandı - FOTO

27 May, 2019
11:32
2519

Göyçayda güclü burulğan: ağac aşdı, yol bağlandı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Güclü külək nəticəsində gecə saatlarında qovaq ağacı qırılaraq Göyçay-Ucar avtomagistralının 2-ci kilometrliyinə aşıb.

Oxu.Az-ın bölgə müxbirinin xəbərinə görə, ağac yolun əsas hissəsinə düşüb və gövdəsi iri olduğundan təxminən bir saat nəqliyyatın hərəkətinə mane olub.

Hadisə yerinə DYP əməkdaşları cəlb edilib. Ağacın yoldan təmizlənməsi işinə rayon ərazisində yanğın hadisəsindən qayıdan FHN əməkdaşları kömək edib. Ağacın iri budaqları və gövdəsi kəsilərək ərazidən çıxarılıb.

Əraziyə yaxın olan Potu kənd nümayəndəliyindən bildirilib ki, həmin vaxtlarda rayonda təxminən yarım saat ərzində güclü küləklə müşahidə olunan burulğan baş verib.

Ağac bu səbəbdən aşıb. Heç bir tələfat qeydə alınmayıb.

Nazir Quliyev

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri