28 
May
2019
20:01
159
23
1926
yuxarı
Regionlara elektrik enerjisinin verilişi bərpa edildi
28 May, 2019
20:01
1926
159
23
Regionlara elektrik enerjisinin verilişi bərpa edildi
Regionlarda elektrik enerjisinin verilişi bərpa edilib.
“Azərişıq”ASC-dən Oxu.Az-a verilən məlumata görə, dolu və güclü külək səbəbindən Gədəbəy, Gəncə və bir sıra digər regionlarda elektrik enerjisi infrastrukturuna dəymiş ciddi ziyan tam olaraq aradan qaldırılıb.
Qeyd edək ki, bu gün güclü külək Gədəbəy rayonunda fəsadlar yaradıb. Güclü külək və intensiv yağışlar rayonun Slavyanka yarımstansiyasına zərər vurub.
“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev yaranmış problemlə bağlı bildirib ki, hava şəraiti hadisə yerində təmir işlərinin aparılmasına imkan vermir.