İyn
2019
11:57
16
239
3774
Virtual karabakh

Uşağını baxıcıya verib qaçan qadın tapıldı - Atası aliment vermirmiş

3 İyn, 2019
11:57
3774

Uşağını baxıcıya verib qaçan qadın tapıldı - Atası aliment vermirmiş

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda azyaşlı uşağını baxıcı yanına qoyub gedən qadın tapılıb. 

Bu barədə Oxu.Az-a Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.

Onun sözlərinə görə, azyaşlının anası polis bölməsinə gedərək izahat yazıb: 

“O bildirib ki, iki ildir həyat yoldaşından ayrılıb və atası uşağa aliment vermir. Bu səbəbdən işləməyə məcbur olduğu üçün uşağı baxıcı yanına qoyub gedib”.

Kəmalə Ağazadə bildirib ki, uşaq hələ anasına verilməyib:

“Azyaşlı ilə bağlı profilaktik işlər aparılır. Uşaq İcra Hakimiyyətinin qəyyumluq komissiyasına veriləcək. Onlar uşağın anaya verilib-verilməməsi barədə qərar qəbul edəcəklər”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri