İyn
2019
18:44
143
28
2879
Virtual karabakh

Metroda sevgilisini bıçaqlayan gəncə hökm oxundu

4 İyn, 2019
18:44
2879

Metroda sevgilisini bıçaqlayan gəncə hökm oxundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakıda metroda sevgilisini bıçaqlamaqda təqsirləndirilən Vahid Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Oxu.Az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, V.Abdullayev 12 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, V.Abdullayev ötən il sentyabrın 4-də Bakı Metropoliteninin “Nəsimi” stansiyasının platformasında 1972-ci il təvəllüdlü Elnarə Quliyevanı bıçaqlayıb. Hadisə yerindən qaçmağa cəhd edən V.Abdullayev daha sonra saxlanılıb. Məlumata görə, o, E.Quliyeva ilə qeyri-rəsmi nikahda olub və hadisə qısqanclıq zəminində baş verib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri