İyn
2019
16:20
24
498
12907
Virtual karabakh

Bakıda azyaşlı itkin düşdü

5 İyn, 2019
16:20
12907

Bakıda azyaşlı itkin düşdü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda üç yaşlı qız itkin düşüb.

Oxu.Az-ın məlumatına görə, hadisə Sabunçu qəsəbəsində baş verib. 

Uşağın qohumları saytımıza bildiriblər ki, Bağırova Zəhra Rəsul qızı ötən gün günorta saatlarında yaşadığı qəsəbədə itkin düşüb. 

İddialara görə, ətrafdakı müşahidə kameralarına baxılarkən, naməlum kişinin uşağı əlindən tutaraq, özü ilə apardığı müşahidə edilib. Lakin görüntüdəki qızın Bağırova Zəhra olub-olmadığı məlum deyil.

Hadisə ilə bağlı polisə məlumat verilib. 

Faktla bağlı araşdırma aparılır.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri