10 
İyn
2019
22:02
27
380
12303
Virtual karabakh

Qəbələdə ağır yol qəzası: Ölən və yaralananlar var - FOTO

10 İyn, 2019
22:02
12303

Qəbələdə ağır yol qəzası: Ölən və yaralananlar var - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qəbələ rayonunda bir nəfərin ölümü, 3 nəfərin ağır yaralanması ilə nəticələnmiş dəhşətli yol qəzası baş verib. 

Oxu.Az-ın məlumatına görə, 90 XT 634 dövlət nömrə nişanlı “Nissan” markalı avtomobillə 36 BF 223  dövlət nömrə nişanlı “VAZ 21 07” toqquşub.

Qəza nəticəsində hər iki sürücü və “Nissan” sürücüsünün oğlu yaralanıb, “VAZ 21 07”-nin sərnişini isə hadisə yerində ölüb.

Hadisə yerinə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin əməkdaşları deformasiya olmuş avtomobillərdən yaralıları və ölən şəxsin meyitini çıxarıblar.

Faktla bağlı araşdırma aparılır.

Nazir Quliyev

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri