11 
İyn
2019
12:26
155
20
7234
Virtual karabakh

“Xətai” stansiyasının açılacağı vaxt bəlli oldu

11 İyn, 2019
12:26
7234

“Xətai” stansiyasının açılacağı vaxt bəlli oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bakı Metropoliteni”nin “Xətai” stansiyası avqust ayında açılacaq.

Oxu.Az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov məlumat verib.

O bildirib ki, hazırda stansiyada eskalatorların sazlanma prosesi gedir:

“Biz çalışırıq ki, “Xətai” stansiyasını sərnişinlərin istifadəsinə mümkün qədər tez verək. Tikinti-quraşdırma işləri yekunlaşmaq üzrədir. Eskalatorlar artıq quraşdırılıb. Avqust ayında stansiya yeni görkəmi ilə istifadəyə veriləcək”.

H.Məmmədov qeyd edib ki, “B3” stansiyasının tikintisinin 2020-ci ildə başa çatdırılması nəzərdə tutulur.

Onun sözlərinə görə, hazırda həmin ərazidə təmir-tikinti işləri davam etdirilir.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri