11 
İyn
2019
16:01
57
12
1735
Virtual karabakh

Magistraturada ixtisaslaşma seçiminə buraxılanların sayı açıqlandı

11 İyn, 2019
16:01
1735

Magistraturada ixtisaslaşma seçiminə buraxılanların sayı açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2019/2020-ci tədris ilində ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına ümumilikdə 8203 plan yeri ayrılıb.

Dövlət İmtahan Mərkəzinin məlumatına əsasən, plan yerlərindən 3101 yer dövlət sifarişli, 5102 yer isə ödənişli təhsil üçün nəzərdə tutulub.

Bunlardan 5824 yer Azərbaycan bölməsi, 673 yer rus bölməsi, qalan 1706 yer hər iki bölmənin birgə müsabiqəsi üçün nəzərdə tutulub.

Magistraturaya qəbul imtahanının ikinci mərhələsinin nəticəsinə əsasən, 7632 bakalavr ixtisaslaşma seçimi etmək hüququ qazanıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri