11 
İyn
2019
18:24
21
298
7052
Virtual karabakh

Bakıda sərnişin avtobusu qəzaya uğradı: yaralılar var - YENİLƏNİB

11 İyn, 2019
18:24
7052

Bakıda sərnişin avtobusu qəzaya uğradı: yaralılar var - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda avtobus qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə nəticəsində xəsarət alan üç nəfərdən ikisi 1984-cü il təvəllüdlü Məmmədova Sülahət Təbriz qızı və 1975-ci il təvəllüdlü Həsənova Könül İmamverdi qızı 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb. 

Həkim müayinəsi zamanı onlara qapalı kəllə-beyin travması diaqnozu qoyulub. K.Həsənovanın vəziyyətinin nisbətən ağır olduğu bildirilir.

Digər yaralı 1984-cü il təvəllüdlü Zeynalova Aysel Sultay qızı isə Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib.

17:05

Bakının Zığ şosesində sərnişin avtobusu qəzaya uğrayıb.

Oxu.Az xəbər verir ki, 104 saylı marşrut xətti ilə hərəkətdə olan avtobusun qəzaya uğraması nəticəsində dörd nəfər xəsarət alıb. 

Səhiyyə Nazirliyindən verilən məlumata görə, 43 və 34 yaşlı qadınlar Sabunçuda yerləşən 3 saylı şəhər klinik xəstəxanasına, 50 yaşlı qadın Kliniki Tibbi Mərkəzə, 35 yaşlı qadın isə Neyrocərrahiyyə xəstəxanasına aparılıb. 

Hər dörd qadına bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozu qoyulub.

Samir İsayev

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri