12 
İyn
2019
22:10
21
344
4761
Virtual karabakh

Evlənmək istəyən 12 nəfərdə sifilis, 4 nəfərdə QİÇS aşkarlandı

12 İyn, 2019
22:10
4761

Evlənmək istəyən 12 nəfərdə sifilis, 4 nəfərdə QİÇS aşkarlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu ilin may ayı ərzində nikaha daxil olmaq üçün 13062 nəfər müayinədən keçib. Onlardan 382 nəfərdə talassemiya daşıyıcılığı, 12 nəfərdə sifilis, 4 şəxsdə isə QİÇS aşkarlanıb. Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı isə 4  nəfər təşkil edib.

Ümumiyyətlə, 2015-ci ildən indiyədək 555 100 nəfərdə qan müayinəsi aparılıb. 19635 cütlükdən birində talassemiya daşıyıcılığı, 1790 cütlüyün hər ikisində daşıyıcılıq aşkarlanıb. Bu müddət ərzində 1789 nəfərdə sifilis, 500 nəfərdə HİV(QİÇS) qeydə alınıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri