12 
İyn
2019
23:15
17
290
14221
Virtual karabakh

Ot daşıyan maşın dərəyə aşdı, ölən və yaralanan var - FOTO/VİDEO

12 İyn, 2019
23:15
14221

Ot daşıyan maşın dərəyə aşdı, ölən və yaralanan var - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yardımlıda yük avtomobilinin aşması sərnişinin ölümünə səbəb olub.

Oxu.Az-ın bölgə müxbirinin xəbərinə görə, hadisə rayonunun Horonu kəndində baş verib. Köryədi kənd sakini, 27 yaşlı Əbişov Ceyhun Cavanşir oğlu “KAMAZ” markalı yük avtomobili ilə ot bağlamaları yığan zaman idarəetməni itirib. Dərəyə düşən avtomobildəki sərnişin - rayonun Arvana kənd sakini, 41 yaşlı Həsənov Namik Mirhəsən oğlu aldığı xəsarətlərdən yerindəcə vəfat edib.

Həmin kəndin digər sakini, 18 yaşlı sərnişin Həsənov Rafiz İbrahim oğlu isə qarnının küt travması, qaraciyər zədələnməsi, sağ dirsək oynağının açıq yerdəyişən sınığı diaqnozu ilə Masallı Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Yaralının vəziyyəti ağır qiymətləndirilir. 

Faktla bağlı araşdırma aparılır.

Rövşən Mövlan

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri