14 
İyn
2019
23:55
42
639
28447
Virtual karabakh

Bakıda dəhşət: Ana və qızı özünü 10-cu mərtəbədən atdı - YENİLƏNİB + TƏFƏRRÜAT

14 İyn, 2019
23:55
28447

Bakıda dəhşət: Ana və qızı özünü 10-cu mərtəbədən atdı - YENİLƏNİB + TƏFƏRRÜAT

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakı şəhəri, Yasamal rayonu Dadaş Bünyadzadə küçəsində ana və qızının özlərini yaşadıqları binanın 10-cu mərtəbəsindən atması hadisəsi ilə bağlı təfərrüat üzə çıxıb.

Publika.az xəbər verir ki, hadisədən bir neçə dəqiqə əvvəl İsmayıl Mahmudov qızı Xədicə Mahmudova ilə birgə alış-verişdən gəlib.

Bir neçə torbanı yaşadıqları evə qaldıran X.Mahmudova heç kimin gözləmədiyi halda qəfil özünü pəncərədən atıb. Qonşuların bildirdiyinə görə, hadisə vaxtı məhəllədə Hacı adı ilə tanınan İ.Mahmudov da evdə olub. Sakinlər hadisə yerində vəfat edən Xədicənin üstünü pərdə ilə örtmək istəyərkən onun anası Rübabə Allahverdiyevanın da özünü atdığını görüblər.

Qadın qızının yanında yerə düşərək hadisə yerində keçinib. Məlumata görə, intihar edən X.Mahmudova ailəli olub və 5 yaşlı qızı varmış. O bir müddət imiş ki, müalicə alırmış və bu məqsədlə Gürcüstanda və İsraildə xəstəxanalarda olub. Sinir xəstəliyindən əziyyət çəkən X.Mahmudova bu günlərdə yeni müalicə kursu götürübmüş. Anası R.Allahverdiyevada isə son vaxtlar onkoloji xəstəlik aşkarlanıbmış. Xəstəlik səbəbindən qadında psixoloji sarsıntılar müşahidə edilirmiş. O, son vaxtlar əsasən rayonda olsa da, müalicəsi ilə əlaqədar Bakıya gəlibmiş.

Sakinlər onu da bildiriblər ki, İ.Mahmudov yaşadığı binada qızı və oğlu üçün ayrı-ayrı mənzillər alıb və onlar ayrılıqda yaşayıb. Vəfat edən ana və qızının dəfn mərasimi Goradildə keçiriləcək.

Qeyd edək ki, hadisə vaxtı X.Mahmudovanın həyat yoldaşı Bakıda olmayıb. Ona xəbər yolda, yəni paytaxta gələrkən verilib. Mərhumun 5 yaşlı qızı isə hadisə vaxtı bağçada olub.

15:11

Bakıda jurnalistin həyat yoldaşı və qızı intihar edib. Hadisə iyunun 14-də saat 13:00 radələrində baş verib.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Ana və qızı özlərini 10-cu mərtəbədən atıb. İntihar edən şəxslər 1964-cü il təvəllüdlü Allahverdiyeva Rübabə Cümşüd qızı və 1990-cı il təvəllüdlü Mahmudova Xədicə İsmayıl qızıdır. 

Məlumata görə, əvvəl R.Allahverdiyeva özünü evin pəncərəsindən atıb. Qızı bu dərdə dözməyərək, eyni yolla intihar edib. Allahverdiyeva Rübabənin şizofreniyadan əziyyət çəkdiyi bildirilir. 

Qeyd edilib ki, ölənlər yerli qəzetlərdən birinin əməkdaşı İsmayıl Balabəy oğlu Mahmudovun həyat yoldaşı və qızıdır.

Faktla bağlı araşdırma aparılır.

Ramella İbrahimxəlilova

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri