14 
İyn
2019
16:40
141
38
9219
Virtual karabakh

“Bakı-İstanbul liseyi”nin ilk məzun buraxılışı baş tutdu - FOTO

14 İyn, 2019
16:40
9219

“Bakı-İstanbul liseyi”nin ilk məzun buraxılışı baş tutdu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İyunun 13-də “Hyatt Regency” mehmanxanasında “Bakı-İstanbul liseyi”nin məzun buraxılışı baş tutdu.

Hamı həyəcanlı, həm də kövrək idi. Məktəbi bitirmənin sevincini yaşayan məzunlar müstəqil həyata qədəm qoymanın astanasında idi. Hərəsinin bir arzusu, bir xəyalı vardı. Məzunların yüksək bal toplaması isə müəllimlərin zəhmətinin real göstəricisi idi.

Ən əsası, bütün şagirdlər müasir təhsil sisteminin yetişdirməsi olaraq, böyük Azərbaycançılıq ruhunda yetişdiriliblər.

Məzunların, dövlət nümayəndələrinin, valideynlərin iştirakı ilə keçirilmiş tədbirdə yüksək vətənpərvərlik ruhu, Türkiyə-Azərbaycan qardaşlığı, türk xalqlarının mədəniyyəti, onların əzmkarlığı, böyüklüyü bir daha nümayiş olundu.

Tədbirdə çıxış edən “Bakı İstanbul liseyi”nin müdiri Zeliha Abdullayevanın sözlərinə görə, açılan hər bir məktəb, lisey Azərbaycanda təhsilin inkişafı üçün əhəmiyyətlidir:

“Liseyimiz Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərini əks etdirir. Lisey 2018-2019-cu tədris ilinin ilk günündən - sentyabrın 15-dən fəaliyyətdədir. Həmin ildə liseydə təhsil almaq üçün 130 şagird qəbulu həyata keçirilib. Bu təhsil ilində 250 şagirdin liseyimizə qəbulu planlaşdırılır. Məqsədimiz vətəninə, ailəsinə bağlı olan və həyatı sevgi dolu yaşayan şagirdlər yetişdirməkdir”.

Qeyd edək ki, liseydə məktəbəqədər hazırlıq qruplarından tutmuş XI sinfə qədər bütün siniflər fəaliyyət göstərir. Onlar Azərbaycan, türk, ingilis və rus bölmələrində təhsil alırlar. Kembric sistemi ilə ingilis dilində təhsil alan məktəblilər belə Azərbaycan dilini yüksək səviyyədə bilməlidirlər. Bu məqsədlə uşaqlara həftədə səkkiz saat Azərbaycan dili dərsi, iki dərs şahmat, iki dərs rəqs, idman, musiqi, rəsm keçirilir.

Direktor bildirib ki, uşaqlar dərslərinə məşğələlərdə hazırlaşır:

“Biz istəyirik ki, hər bir şagird doğma Azərbaycan dilində sərbəst danışsın. Çünki bu, bizim Azərbaycana borcumuzdur”.

Zeliha Abdullayeva vurğulayıb ki, Bakı-İstanbul liseyində şagirdlərə dərs deyən müəllimlər Azərbaycan və Türkiyədəndir:

“Uşaqlara həftədə iki dəfə idman və iki dəfə milli rəqs keçilir. Uşaqlar hərəkət etməyi bacarmalıdırlar. Dərs zamanı fasilədə onlar liseyin həyətinə çıxır və  oyunlar oynayırlar. Biz liseydə onların telefon, planşet istifadə etmələrinə icazə vermirik. Yalnız proqramlı şəkildə həftədə 1-2 dəfə kompüter dərsləri olur. Sinfimizdə uşaqlar fərqli nəsə edirlər. Məsələn, tarix sinifində mağara hazırlanıb. İstəyirik, uşaqların özgüvənləri artsın. Bu, çox əhəmiyyətlidir”.

Məzun buraxılışı maraqlı və əyləncəli proqramla davam etdi. Belə ki, liseyin şagirdləri hazırladıqları rəqsləri nümayiş etdirdi, müxtəlif mahnılar oxudular.

Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı bildirib ki, tədbirdə 150-yə yaxın şagird iştirak edir:

“Növbəti təhsil illərində bu sıranın 500-ü keçəcəyinə şübhəm yoxdur. İstanbul liseyi özünün ilk günlərindən təhsilə, intizama, mədəniyyətə, milli-mənəvi dəyərlərə çox böyük önəm verən lisey olub. Liseyin açılışına elm adamları, akademiklər, deputatlar xeyir-dua verib. Çünki bu düşüncənin arxasında çox böyük dəyər var”.

Ədəbiyyatşünas, professor Rüstəm Kamal isə bildirib ki, bu gün çox sevindirici gündür:

“Bu gün valideynlər, müəllimlər, daha çox isə məzunlar sevinir. Artıq liseyin ilk məzun buraxılışını qeyd edirik. Bir liseydə ki, uca türk millətinə, türk xalqına böyük sevgi var, orada təhsil uğurları da olacaq. Bu, artıq türk xalqının əzəməti, müvəffəqiyyəti deməkdir”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri