15 
İyn
2019
02:01
9
236
4258
Virtual karabakh

Bakıda yol qəzası: 2-si uşaq olmaqla 5 nəfər yaralandı - VİDEO

15 İyn, 2019
02:01
4258

Bakıda yol qəzası: 2-si uşaq olmaqla 5 nəfər yaralandı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Nizami rayonunda iki avtomobil toqquşub, beş nəfər yaralanıb.

Oxu.Az xəbər verir ki, metronun “Qara Qarayev” stansiyası yaxınlığında “BMW” və “Mercedes” markalı minik avtomobilləri toqquşub. Zərbənin təsirindən avtomobillər arakəsməyə çırpılıb.

Qəza zamanı yaralanan 1979-cu il təvəllüdlü Rəhmanov Rasim Muxtar oğlu və 23 yaşlı Bilalov Azər Aydın oğlu 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. R.Rəhmanova sağ ayağın sınığı, sağ baldırın əziyi, A.Bilalova isə göz qapağının əzilmiş-cırılmış yarası diaqnozu qoyulub.

“Mercedes” markalı avtomobildə olan 7 yaşlı İsmayılova Xədicə Ramil qızı və onun qardaşı 3 yaşlı İsmayılov Turqay Ramil oğlu və 1985-ci il təvəllüdlü Qurbanova Sitarə Novruz qızı isə təcili olaraq 1 saylı Klinik Tibbi Mərkəzə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Kamil Əmirli
Elşad Mətləboğlu

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri