16 
İyn
2019
04:37
17
275
6651
Virtual karabakh

Yevlaxda qəza: sürücü öldü - FOTO

16 İyn, 2019
04:37
6651

Yevlaxda qəza: sürücü öldü - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yevlax rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Oxu.az-ın bölgə müxbiri xəbər verir ki, hadisə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Yevlax rayonun Qoyunbinəsi kəndi ərazisində qeydə alınıb. 

Hadisə zamanı "Qazel" markalı yük maşını ilə "VAZ" 2106 markalı avtomobil toqquşub. Nəticədə minik avtomobilinin 30 yaşlı sürücüsü Elşən Xəlilov ölüb, iki nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar 18 yaşlı Yusif Qədirli və 23 yaşlı Babək Qədirli rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri