18 
İyn
2019
10:00
52
179
5220
Virtual karabakh

“MEGAFUN” “Həyəcan mövsümü”nə təntənəli şəkildə start verdi - FOTO

18 İyn, 2019
10:00
5220

“MEGAFUN” “Həyəcan mövsümü”nə təntənəli şəkildə start verdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yadınızdadırsa, cəmi bir neçə gün öncə ölkəmizin ən seçilən əyləncə mərkəzi “Megafun”dan yeni və ən əsası möhtəşəm xəbərlər eşidəcəyinizi bildirmişdik. Bu möhtəşəm xəbər artıq hər tərəfə yayılıb, desək, yanılmarıq. Əslində, belə də olmalıdır. Axı iyunun 14-dən burada “Həyəcan mövsümü” lotereyası start götürüb. Özü də Xalq artisti Aygün Kazımovanın möhtəşəm konserti ilə.

Həmin gün “Megafun” Ticarət və Əyləncə Mərkəzi həm “Megafun”sevərlərlə, həm Aygün Kazımova pərəstişkarları ilə dolub daşırdı. Hər kəs gözəl bilirdi, harada “Megafun” var, orada bənzərsiz həyəcan var. Harada Aygün var, orada coşqu var, enerji, sevgi paylaşımı, musiqi bayramı var. Bu dəfə də belə oldu. Populyar aparıcı Nəsib Nurun apardığı və DJ Kənan Drums-ın iştirakı ilə keçən konsertdə insanlar həm əyləndilər, həm böyük zövq aldılar, həm də lotereya ilə bağlı bütün bilgilərə sahib oldular.

Artıq hamıya məlumdur, əylənərək, alış-veriş edərək, gözəl vaxt keçirərək möhtəşəm hədiyyələr qazanmağın ünvanı “Megafun”dır. Çünki burada xərclədiyiniz hər 50 manat sizə bir lotereya kuponu qazandırır. Bu kupon isə öz növbəsində sizi sentyabrın 14-də keçiriləcək ilk uduşda  onlarla bir-birindən gözəl hədiyyələrlə yanaşı, iki ədəd “Wolksvagen Polo” avtomobilinin şanslı sahibi edə biləcək.

Bilirsiniz ki, “Megafun” Ticarət və Əyləncə Mərkəzində hər zövqə uyğun, hər növ ləzzətli təamlar təqdim edən kafe və restoranlar var. Çoxumuz ailələrimizlə, dostlarımızla məhz orda görüşür, həm yeməklərdən, həm də xoş ortamdan zövq alırıq. İndi bu zövqə bir də qazanma şansı qatılır.

Eyni şeyi attraksionlara, gözəllik salonlarına, mağazalara da şamil etmək mümkündür. 50 manatdan başlayan bütün çekləriniz 1 kupon şəklində sizə dönəcək axı. Çox xərclədikdə isə bu şansınız da artacaq və sizi arzunuza daha da yaxınlaşdıracaq.

“Həyəcan mövsümü” uduşlu lotereyasının  ilk turu sentyabrın 14-də başa çatacaq və bu böyük hadisə “Xəzər” TV-nin canlı efirində yayımlanacaq. Gördüyünüz kimi, hər kəsin böyük uduşlarda şansını artırmaq üçün kifayət qədər vaxtı var.

Hər kəsə uğurlar arzu edirik!

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri