22 
İyn
2019
19:08
495
16
4317
Virtual karabakh

Azərbaycanlı şagirdlər Nyu-Yorkda Olimpiadanın qalibi olub

22 İyn, 2019
19:08
4317

Azərbaycanlı şagirdlər Nyu-Yorkda Olimpiadanın qalibi olub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

17-22 iyunda ABŞ-ın Osuiqo şəhərində (Nyu-York ştatı) Nyu-York Dövlət Universitetinin himayədarlığı ilə 9-cu “Dahilər Olimpiadası” (Genius Olympiads) keçirilib.

73 ölkədən 1500 şagirdin qatıldığı olimpiadada təbiət elmləri, biznes, incəsənət, robotexnika və kreativ bacarıqlar üzrə yazılı işlər qəbul olunub.

Olimpiadada Azərbaycanı iki məktəbli – İbrahim Bağırov və Ələsgər Sadiqov təmsil edib. Şagirdlərimiz 420 layihənin təqdim edildiyi “Təbiət elmləri” kateqoriyasında iştirak edib. Azərbaycanlı şagirdlərin Neft-kimya prosesləri İnstitutu ilə əməkdaşlıqda hazırlanmış “EkoDizel - Nano” layihəsi münsiflər tərəfindən maksimum ballar və ilk yerə görə qızıl medal qazanıb.

Azərbaycanlı şagirdlər İbrahim Bağırov və Ələsgər Sadiqov Azərbaycan bayrağını ucaldıblar. Məktəblilərimizə uğurlar arzu edirik!

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri